11 may 2025 at 15:56
Jurnalist kodu: 5564
Xəbər kodu: 85829738
T T
0 Persons
Yeni Papanın dünya güclərinə ilk mesajı: Daha müharibə olmasın

Tehran - İRNA - Dünya katoliklərinin yeni lideri bazar günü seçilməsindən sonra ilk müraciətində dünyanın böyük dövlətlərini “daha müharibə etməməyə” çağırıb.

Reuters yazıb: “Mayın 8-də dünya katoliklərinin lideri kimi Roma Papası Fransiskin varisi seçilən Papa XIV Leo Vatikanda Müqəddəs Pyotr meydanında toplaşanlara “Ukraynada davamlı sülh”, “Qəzzədə atəşkəs və bütün girovların azad edilməsi” çağırışını edib.

O, həmçinin Hindistan və Pakistan arasında son atəşkəsi alqışlayıb və dünyaya “sülh möcüzəsi” bəxş etməsi üçün Allaha dua etdiklərini bildirib.

Yeni Papa mərhum Papa Fransiskin davamlı xahişini təkrarlayaraq, “Daha müharibə olmasın!” deyib və təqribən 60 milyon insanın ölümünə səbəb olan İkinci Dünya Müharibəsinin başa çatmasının 80-ci ildönümünə işarə edib.

O, Papa Fransiskin işlətdiyi bir ifadəni təkrarlayaraq deyib: “Bu gün dünya “III Dünya Müharibəsinin hissə-hissə oynanılan dramatik ssenarisi”ndə yaşayır.”

Yeni Roma Papası Ukrayna xalqına rəğbətini ifadə etməklə yanaşı, Kiyevdəki sülh prosesinin müzakirəçilərini “davamlı, rasional və etibarlı sülhə” nail olmağa çağırıb.

Papa XIV Leo da Qəzzədəki müharibədən "dərin kədərləndiyini" bildirib və sionist rejimin Qəzzədə apardığı müharibədə dərhal atəşkəsə, bölgəyə humanitar yardımların çatdırılmasına və məhbusların azad edilməsinə çağırıb.

Papa Fransiskin varisi Hindistan və Pakistan arasında atəşkəsdən məmnunluğunu ifadə edərək, bunun nüvə silahına malik iki qonşu arasında davamlı atəşkəs razılaşmasına gətirib çıxaracağına ümid etdiyini bildirib.

Sizin rəyiniz

You are replying to: .